• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 16.07.2018 14:01

Həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb

KepezTV Player

Tovuz rayonunda iyulun 15-də Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının ailə münaqişəsi zəmnində həyat yoldaşı, 65 yaşlı Mahir Əliyev tərəfindən bıçaqlandığı məlum olub və o saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumluk həyatı yaşayıb.