• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 16.07.2018 14:19

Bağban işdən çıxarılmasına qətllə qarşılıq verdi

KepezTV Player

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəhşətli hadisə baş verib. Belə ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən Range Rover markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib. Yol Polis əməkdaşları maşına saxla əmri veriblər lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə Range Roveri saxlamaq mümkün olub. Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb. Maşında olan yaralılardan qadın - Dilarə Əhmədovanın öldüyü müəyyən edilib. 72 yaşlı Arzu Şuşalı isə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşulını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağlarında işləyən bağban - 50 yaşlı İlqar Xancanovdır. Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib və daha sonra onları öz avtomobilləri ilə apararaq meyidlərini gizlətmək istəyib. İlqar Xancanovun əvvəllər də məhkum olunduğu bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.