• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 13.07.2018 13:48

Gənc cüdoçular Göygöldə toplanış keçir

KepezTV Player

Gənc oğlan cüdoçulardan ibarət Azərbaycan yığma komandası Göygöldə təlim-məşq toplanışındadır. Yerli Olimpiya İdman Kompleksində millinin baş məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında 40-a yaxın tatami ustası məşq edir. Cüdoçular taktiki-texniki və fiziki dözümlülüyün artırılması üzərində çalışırlar. Komandamız təqvim planına uyğun olaraq qarşıdan gələn mühüm yarışlara hazırlaşır. Toplanış dövründə Fransa yığması, eləcə də Polşa və Rusiyadan olan fərdi idmançılar millimizin üzvləri ilə birgə məşq keçib.

Azad Rəfi