• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 13.07.2018 15:58

Samuxlu gənclər ordu sıralarına yola salınıb

KepezTV Player

Samuxda çağırışyaşlı gənclər hərbi xidmətə yola salınıb. Ümummilli lider heydər Əliyevin abidəsini ziyarət edilib, adını daşıyan Mərkəzlə tanışlıq olub. Ölkəmizin müdafiə potensialının qüdrətlənməsi, ordunun maddi texniki bazasının möhkəmləndirildiyi, hərbi hissələrin müasir tələblər səviyyəsində təmir edildiyinə diqqət çəkilib. Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçirilən paradda nümayiş etdirilən silah-sursat və texnikaların güc nümayişi olduğu vurğulanıb. Bundan irəli gələrək gələcəyin əsgərlərinə vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, hərbin sirlərinə dərindən yiyələnmək tövsiyyə edilib. Sonda çağırışçılar dövlət bayrağını öpərək vətənə sədaqət andı içiblər.

Cavanşir Məmmədzadə çağırışçı:Bu gün mən Azərbaycan texnologiya Universtetini bitirib vətən borcunu yerinə yetirməyə gedirəm. Arzu odur ki işğal altında olan torpaqlarımızı azad edək və bütün əsgərlərimiz sağ salamat öz evlərinə qayıtsın.

Füzuli Zeynalov valideyn:Bu gün çox sevincliyəm. Ona görə ki ilk övladımı hərbi xidmətə yola salıram. İnşallah Qarbağımız alınar və bayrağımız həmin torpaqlarda sancılar. Bütün valideynlərin gözü aydın olsun ki övladları hərbi xidmətə gedir.