• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 13.07.2018 14:08

Evində və həyətində narkotik aşkarlandı

KepezTV Player

Hövsan qəsəbəsində çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxs tutulub. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbədə yaşayan Vaqif Quliyevin həyətyanı sahəsinə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 33 kiloqram olan 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub.  Əməliyyat tədbirlərinin davamı olaraq V.Quliyevin yaşadığı evdən əlavə 2 kiloqramdan artıq qurudulmuş və 1 kiloqram 525 qram yaş vəziyyətdə marixuana aşkar olunaraq götürülüb. İfadəsində həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini etiraf edib.