Oğuzda isə 30 yaşlı Sabir Umarlı “Volkswagen Touareg” markalı avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun 122-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşını yolun kənarındakı ağaca vurub.Qəzadan sonra avtomobil aşsa da sürücü xəsarət almayıb. Lakin avtomobildə olan Balakən rayonu Katex kənd sakinləri - 45 yaşlı Nəsibə Şabanova, 12 yaşlı Səma Şabanova, Balakən rayonu Qullar kənd sakinləri - 46 yaşlı Rəsul Emçiyev, onun həyat yoldaş, 48 yaşlı Həbibə Emçiyeva və onların 13 yaşlı qızı Gülnaz müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. Daha iki nəfərin isə xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.
- Baxış: 528