• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 13.07.2018 13:55

Qardaş qardaşa qənim kəsildi

KepezTV Player

Abşeronda qardaş qardaşını bellə döyərək ağır xəsarət yetirib. Hadisə rayonun Mazasır qəsəbəsində baş verib. 44 yaşlı qəsəbə sakini Rövşən Hümbətov qardaşı Ruslanla yaşadığı evdə mübahisə edib. Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı Rövşən qardaşının başına bellə zərbə vurub. Nəticədə Ruslan açıq kəllə-beyin travması alıb. Yaralı yaxınları tərəfindən 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib. Hadisə ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rövşən Hümbətovu saxlayıb. Faktla bağlı araşdırma aparılır.