• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 12.07.2018 19:23

Ağdamda baş verən qəzada 5 nəfər xəsarət aldı

KepezTV Player

Ağdamın Üçoğlan kəndi ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Allahverdiyev Rövşən Xankişi oğlunun  idarə etdiyi “VAZ” 2107 markalı avtomobil qarşıdan gələn  “Hyundai” markalı avtomobillə toqquşub.Nəticədə R.Allahverdiyev və maşında olan nəvəsi, 10 yaşlı Leyla Allahverdizadə,Klara Allahverdiyeva Şamxal Axundov və Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparır.