• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 12.07.2018 17:35

İsrail qrəb bölgəsində kənd təsərrüfatının inkişafında maraqlıdı

KepezTV Player

Regionda səfərdə olan İsrailin ölkəmizdəki səfiri Dan Stav Şəmkir və Samuxdan sonra Göygöldə olub. Rayonun tarixi, mədəniyyəti, təbiəti, coğrafi mövqeyi, iqtisadiyyatı, əhalinin məşğulluğu və turizm potensialı barədə ətraflı məlumat alıb. Səfir İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Göygöldə əsasən kənd təsərrüfatı, şərabçılıq və turizm sahələrində əməkdaşlığa önəm verdiklərinə diqqət çəkib. İsrail səfiri ölkədə heyvandarlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Respublika Süni Mayalanma Mərkəzində, rayondakı Şərab zavodunda olub, təbiət möcüzəsi sayılan Göygölə gedib.

Dan Stav İsrailin Azərbaycandakı səfiri: Göygöl Samux və Şəmkirə səfərimin məqsədi bu rayonların iqtisadi potensialları ilə tanış olmaqdır. Eyni zamanda iqtisadi əməkdaşlıq yaratmaqda maraqlıyıq. İsraillə Azərbaycan arasında çox gözəl əməkdaşlıq mövcuddur. Düşünürəm ki bu baxımdan gələəck əlaqələr üçün unikal imkanlar var. Xüsusi ilə kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq etmək olar. Mən bu gün Suni Mayalanma Mərkəzində oldum. Orada yaradılan şərait çox yüksək səviyyədədir. İsrail və Azərbaycan Kənd Təsərrüfatları nazirlikləri bu sahə üzrə əməkldalıq edə bilərlər.