• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 12.07.2018 14:00

Salyanda heyvan oğruları saxlanıldı

KepezTV Player

Salyan rayonunda heyvan oğruları saxlanılıb. Peyk kənd sakini Abdulla Cəbrayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həyatyanı sahəsindəki heyvan saxlanılan tikilidən 2 baş iribuynuzlunun oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və onun qardaşi Famil Rzayev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətiriliblər. İlkin dindirilmə zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub qrup təşkil edərək, axşam saatlarında Abdulla Cəbrayilovun heyvanları saxladığı fermaya gəlib, dəmir parcası ilə qapının qıfilla bağlanmiş zəncirini qirıb, tövləyə daxil olublar  və qara niyyətlərini həyata keçiriblər.Hazırda faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.