• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 12.07.2018 14:06

Kütləvi davada 1 nəfər bıçaqlandı

KepezTV Player

Bakıda kütləvi davada 1 nəfər bıçaqlanaraq xəstəxanalıq olub. Hadisə Nardaran qəsəbəsində gecə saatlarında qeydə alınıb.  Dəniz yolu adlanan ərazidə 25 yaşlı  Hacıağa Əliyev və onun tanışı tanımadıqları 3 şəxlə əlbəyaxa dava ediblər. Dava zamanı qarşı tərəfdən olan 1 nəfər üzərindəki bıçaqla  Hacıağa Əliyevin qarın nahiyəsinə bıçaqla 2 dəfə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Hadisəni törədən şəxlər axtarılır.