• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 12.07.2018 14:02

Təcili yardım avtomobili qəzaya uğradı

KepezTV Player

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 34 yaşlı Tural Xasayev, tibb bacısı 42 yaşlı Yeganə Əliyeva və təcili yardım maşınındakı xəstənin qohumu, 52 yaşlı Sevda Məmmədova xəsarət alıblar.