Bu günə xəbərlərin oxunma sayı: 1308
— 11.07.2018 19:18

Narkotik əkib-becərən Qusar sakini saxlanılıb

KepezTV Player

İyulun 10-da Qusar RPŞ-nin əməkdaşları daxi olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiləgir kənd sakini Ağazaman Zamanova məxsus evin həyətyanı sahədəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 9150 qram təşkil edən hündürlüyü 45-210 sm olan 23 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün  əkdiyini bildirib.Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.