• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 11.07.2018 16:35

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilib

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin qarşısından başlayan mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun müavini Rüstəm Usubov, dövlət təhlükəsizlik xidmətinin yüksək rütbəli təmsilçiləri, Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov torpağa tapşırılmaq üçün Gəncədəki Şəhidlər xiyabanına gətirilib. Vida mərasimində çıxış edənlər radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olan polis zabitlərinin ailələrini, şəhər ictimaiyyətinə baş sağlığı veriblər. Baş verən hadisə ölkədə xaos yaratmaq, əmin-amanlığı pozmaq, xalq-iqtidar birliyini sarsıltmağa yönələn cinayət kimi qiymətləndirilib. Polisin cağırışlarına məhəl qoymayaraq şəhərin mərkəi meydanında asayişi kobud şəkildə pozanların tutularaq layiqli cəza alacaqlarına əminlik ifadə edilib. Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə yönələn qəsd olaraq vurğulanıb. Buna rəva verən daxili və xarici qüvvələrin vətəndaş itayətsizliyi yaratmaq istəklərinin puç olduğu, şəhər sakinlərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının buna imkan verməyəvəyi qətiyyətlə önə çəkilib. Şəhid olan polis zabitlərinin qəhrəmanlıq göstərərək vətənə və dövlətə sədaqət nümayiş etdirdiklərinə diqqət çəkilib. Çıxışlardan sonra Səməd Abbasov və İlqar Balakişiyevin nəşi torpağa tapşırılıb, yaylım atəşi açılıb. Hər iki polis zabitinin tabutunun büküldüyü dövlət bayrağı ailələrini verilib.