• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 10.07.2018 15:57

Səfir israilli iş adamlarını Şəmkirə dəvət edir

KepezTV Player

İsrailin Azərbaycandakı səfiri Dan Stav Şəmkirdə rayonun tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı, həyata keçirilən layihələr barədə məlumatlandırılıb. Şəmkirə ikinci dəfə səfər edən qonaq almanların qədim yaşayış məskənlərindən olan Şəmkirdə kilsə ilə tanış olub. Tarix diyarşunaslıq muzeyində nümayiş olunan eksponatlar da diplomatın diqqətini cəlb edib. “Azərxalça”nın rayon filialında Qarabağ və Gəncəbasar xalçalarının toxunmasını yaxından izləyib. Rayonla tanışlıqdan sonra səfir Şəmkirdə israilli iş adamlarının müxtəlif sahələrdə fəaliyyəti üçün əməkdaşlığı vacib hüsab edib. 

Dan Stav İsrailin Azərbaycandakı səfiri:Mən Şəmkirdə ilk dəfə 2015 ci ildə olmuşam. Artıq həmin vaxtdan 3 keçib. Rayonda yeni infrastrktur layihələri reallaşıb. Həm də onu deyə bilərəm ki bu rayonda kənd təsərrüfatı xüsusi ilə şərabçılıq çox sürətlə inkişaf edir. Bu və ya digər sahələr üzrə İsraillə Azərbacanlı iş adamları ikitərəfli əməkdaşlıq edə bilər. Ümidvaram ki bizim bölgərələrə səfərlərimiz iki tərəfli əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayacaq.