Bu günə xəbərlərin oxunma sayı: 739
— 10.07.2018 13:57

Masallı sakininin etdiyi oğurluq ona yenə baha başa gəldi

KepezTV Player

Bakının Nərimanov rayonunda silsilə mənzil oğurluqları törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunan Niyaməddin Əliyev tutulub. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.