• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 10.07.2018 15:09

Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib

KepezTV Player

Hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonunun Balçılı kəndi ərazisində baş verib. Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadənin idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb. Sürücü Fuad Aydınzadə xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.