• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 09.07.2018 16:39

ADAU-da media işçiləri üçün infotur keçirilib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi ADAU-da mediatur keçirib. Müxtəlif KİV-i təmsil edən 25 nəfərlik jurnalist heyəti universitetin maddi-texniki bazası, o cümlədən tələbə evləri, müasir heyvandarlıq kompleksi, maşın-traktor parkı, istixanaları, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya laboratoriyası, eləcə də digər yerlərlə tanış olub. Tanışlıqdan sonra keçirilən görüşdə ADAU-nun rektoru İbrahim Cəfərov aqrar təhsilə dövlət dəstəyi, aqrar mütəxəssislərə ehtiyacın ödənilmə səviyyəsində universitetin rolu, aparıcı müəssisələrlə əməkdaşlıq əlaqələri, təhsil proqramlarının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Görülmüş işlərin təbliğində medianın əhəmiyyətini qeyd edərək bu kimi turların universitet-media əlaqələrinin genişləndirilməsinə, aqrar təhsilin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.