Bu günə xəbərlərin oxunma sayı: 919
— 09.07.2018 15:10

31 yaşlı kişini ilan sancdı

KepezTV Player

Şəkidə növbəti dəfə ilansancma halı baş verib.Şirinbulaq kənd sakini 31 yaşlı Fariz Səlimov xəsarət alıb. O,ailəsinə məxsus torpaq sahəsində işləyən zaman ilan qəfildən sağ ayağının baldır nahiyəsindən dişləyib. Zərərçəkən Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Fariz Səlimova lazımi tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.