• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 09.07.2018 15:09

İrandan gələn şəxsin düz bağırsağında narkotik aşkarlandı

KepezTV Player

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Onun üzərində şəxsi yoxlama aparılıb. Zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, onun düz bağırsağında 3 bükümdə ümumi xalis çəkisi 102,533 qram olan heroin, 1 bükümdə xalis çəkisi 10,008 qram olan tiryək və 1 bükümdə xalis çəkisi 10,262 qram olan həşiş qətranı aşkar edilib. Daha 1 bükümdə isə 3 ədəd metadon adlı və 7 ədəd klonazepam tərkibli həblər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.