• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 06.07.2018 16:43

Gəncədə yeniyetmə basketbolçular arasında keçirilən turnir başa çatıb

KepezTV Player

Ənənəvi yarışa 20 komanda qatılıb.

Olimpiya İdman Kompleksində düzənlənən turnir 15 iyun Milli Qurtuluş Gününə həsr olunub. Yarış Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi ilə birgə təşkilatçılığı sayəsində reallaşıb. Kollektivlər iki yaş qrupu üzrə mükafatlar uğrunda mübarizə aparıblar. Turnirdə 11-12 və 13-14 yaşlı basketbolçulardan təşkil olunan komandalar iştirak edib. Hər yaş qrupunda 10 kollektiv qüvvəsini sınayıb. Oğlanlar arasında keçirilən yarışda qızlardan ibarət iki komanda da mübarizəyə qatılıb.

Gəncə təmsilçiləri ilə yanaşı, turnirdə  Goygol və Cəlilabad basketbolçuları da çıxış edib. 5-ci ildir ki, keçirilən yarışda yenə ev sahibləri qalib gəlib. Belə ki, hər iki yaş qrupunda 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin “Kəpəz” komandası birinci olub. 2004-2005-ci il təvəllüdlülər arasında Cəlilabad ikinci, “Gəncəli” kollektivi 3-cü yeri tutub. 2006-2007-ci təvəllüdlülərin birinciliyində isə “Məhəllə” və “Nizami” basketbolçuları ilk 3-lüyü tamamlayıb. Mütəxəssislərin rəyinə əsasən, 13-14 yaşlılar arasında    Cəlilabaddan Varid Ağasıyev, 11-12 yaşlılarda isə Gəncədən Həsən Ələsgərov ən yaxşı basketbolçu seçilib.

Azad Rəfi