• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 06.07.2018 13:52

Sərnişin yaralandı

KepezTV Player

Şəkidə yol qəzası olub. Hadisə Salman Mümtaz küçəsində qeydə alınıb. Şəki  şəhər sakini Əhməd  Əhmədovun idarə etdiyi Şaqman markalı yük avtomobili dönmə əməliyyatını yerinə yetirərkən, eyni istiqamətdə olan Natiq Səmədova məxsus VAZ 21099 markalı avtomobillə toqquşub. Minik avtomobilində olan sərnişin Arzu Həmidov döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilir. Qəzada sürücülər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.