• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 05.07.2018 15:42

Sərbəst güləşçilər Göygöldə təlim-məşq toplanışındadılar

KepezTV Player

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir. Sərbəst güləş üzrə böyüklərdən ibarət millimizin üzvləri iyunun 24-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Yığma komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu toplanışa 22 idmançını cəlb edib. İki həftə davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra pəhləvanlar paytaxtda Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcək. Güləşçilər iyulun 27-29-u tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil olunacaq reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək. 

Azad Rəfi