Bu günə xəbərlərin oxunma sayı: 1306
— 05.07.2018 17:30

Ağcaqanad dərmanları insan orqanizmi üçün təhlükəlidirmi?

KepezTV Player

Yayın ən böyük problemlərindən biri bəlkə də birincisi, hava qaralan zaman pəncərədən otağa daxil olan ağcaqanadlardır. Özləri balaca olsa da, insanlara böyük narahatlıq verir. Amma biz onlardan qorunmaq yollarını artıq bilirik. Pəncərələrdə torlar, bu həşəratların bizi dişləməsinə mane olan  müxtəlif kremlər, losyonlar  və ən nəhayət evdə yandırdığımız, yaxud da xüsusi aparatla qızdırılan və havaya spesifik qoxu yayan dərmanlar... Bəs hansı seçim daha yaxşıdır? Və həmin dərmanların bizim sağlamlığımıza təsiri necədir?  Bunu araşdırırıq.

Deyirlər  milçək özü bir şey deyil, amma könül bulandırır. Eyni şeyi ağcaqanad barədə də demək olar. Bəzən bütün gecəni yuxusuz qalmaq üçün ağcaqanadın yalnız vızıltısı kifayətdir. Buna görə də onlarla mübarizə aparmaq lazımdır. Amma təbii ki, bu süjetdə səslənən təhlükəsizlik məsələlərinə əməl etmək  şərtilə...