KepezTV Player
Ələt-Astara magistral yolunun 103-cü km-də, Biləsuvar rayonunun Xırmabdalı kəndi ərazisində qəza baş verib.VAZ markalı minik avtomobil ilə "Suzuki" markalı yük maşınının toqquşması zamanı minik maşınında olan Cəlilabad rayon sakinləri - 26 yaşlı Rəşad Həsənov və 31 yaşlı Saməddin İsmayılov ölüb. Digər iki nəfər - 31 yaşlı Şəhriyar Cananov və 26 yaşlı Əli Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Onlar deformasiyaya uğramış minik avtomobilində qalan meyitləri və yük maşınında olan yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 831