• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 05.07.2018 15:04

60 ədəd çətənə kolları aşkarlanıb

KepezTV Player

Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon Zuxur kəndinin ərazisində olan meşəlik ərazidə həmin kənd sakini İskəndər Sərkərov iş başında yaxalanıb. Belə ki, Sərkərov həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürülüb.Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin yaş çəkisinin 1000 qr olması barədə rəy verilib.Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.​Faktla bağlı araşdırmalar aparılır.