• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 05.07.2018 15:04

İrandan gələn Azərbaycan vətəndaşlarında narkotik tapıdı

KepezTV Player

İrandan piyada yolla birlikdə gələn 2 Azərbaycan vətəndaşından da narkotik tapılıb. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, saxlanılanların üzərində şəxsi yoxlama aparılıb. Nəticədə onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Həmin şəxslər gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb və tibbi müayinədən keçirilib. Bu zaman saxlanılan vətəndaşlardan birinin düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 112,165 qram olan heroin, digərinin düz bağırsağında isə iki ədəd bağlamada, xalis çəkisi 109,380 qram olan heroin aşkar edilib.