• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 04.07.2018 16:24

Biçilməmiş taxıl sahəsi yandı

KepezTV Player

Şəmkirin Şiştəpə kəndində biçilməmiş taxıl sahəsi yanaıb. Müxtəlif şəxslərə məxsus ümumi ərazisi 100 hektardan çox olan əkin sahəsinin 20 hektarında yanğın baş verib. Alovu söndürmək üçün Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub. Yanğın güclü olduğundan Tovuz rayonundan da briqada çağırılıb. Qabaqlayıcı tədbirlərə baxmayaraq, böyük bir ərazidə biçilməmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər alovun ətraf ərazilərə yayılmasının qarşısını ala biliblər. Qeyd edək ki, bu, Şəmkirdə biçilməmiş taxıl sahəsinin yanması ilə əlaqədər qeydə alınan ikinci faktdır. Yanğının başvermə səbəbləri araşdırılır.