• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 04.07.2018 16:13

Qərb bölgəsində sahibkar olmaq istəyən xanımlar üçün təlimlər keçiriləcək

KepezTV Player

İyulun sonu – avqustun əvvəllərində Gəncə-Qazax iqtisadi regionunda fəaliyyət göstərən və sahibkar olmaq istəyən qadınlar üçün təlimlər keçiriləcək. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkil edəcəyi təlimlərdə qadın sahibkarlara biznesin idarə edilməsi, marketinq siyasəti, ümumi işin təşkili, hüquqi məsələlər və s. öyrədiləcək. Eyni zamanda, onlara özünüinkişaf üçün müxtəlif istiqamətlər təklif olunacaq. Məqsəd zərif cinsin nümayəndələrinin fərdi sahibkarlıqdan orta sahibkarlığa keçməsinə dəstək verməkdir. Bununla da onlar vergi ödəyicisinə çevrilməklə işsizlik probleminin həllinə, bütövlükdə ölkə iqtisadiyyatına töhfə verə biləcəklər.