Bu günə xəbərlərin oxunma sayı: 724
— 03.07.2018 14:26

Əməkdar məşqçi Firuddin Həsənovun xatirəsinə yarış keçirilib

KepezTV Player

Gəncədə yunan-roma güləşi üzrə respublika səviyyəli turnir keçirilib. Yarış SSRİ idman ustası, əməkdar məşqçi Firuddin Həsənovun əziz xatirəsinə həsr olunub.

Yerli Olimpiya İdman Kompleksində təşkil olunan yarışın coğrafiyası respublikanın müxtəlif bölgələrinin 22 şəhər və rayonunu əhatə edib. Mükafatlar uğrunda Bakı, Gəncə, Sumqayıt, Abşeron, Qusar, Sabirabad, Beyləqan, Göyçay, Cəlilabad, Ağstafa, Qazax, Şəmkir və digər komandaların güləşçiləri iştirak edib. Xalça üzərində 14 çəki dərəcəsində 240 yeniyetmə qüvvəsini sınayıb.

Firuddin Həsənovun xatirə turniri ənənəvi xarakter daşıyır və 2004-cü ildən keçirilir. Bu dəfə ki, yarış sayca 15-ci olub. 

Yarışda hakimlik Azərbaycan Güləş Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadasına tapşırılıb. Federasiyanın 6 belə hakimi görüşlərdə ədaləti təmin edib. Turnirin yekunlarına əsasən, fəxri kürsüyə yüksələn idmançılara diplom və medal təqdim olunub.

Azad Rəfi