• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 03.07.2018 15:27

Günün sonunadək Gəncəyə işığın verilşi bərpa olunacaq

KepezTV Player

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən hadisə ilə bağlı ölkənin ikinci böyük şəhəri olan Gəncədə də elektrik enerjisinin verilişində məcburi fasilələr yaranıb. Gecə saatlarından yaranan fasilə səhər saat 06:30-dək davam edib. Səhər saatlarından etibarən isə şəhərin elektrik enrejisi ilə təchizatı mərhələlərlə bərpa olunur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat İşləri üzrə müavini Mikayıl Zeynalovun sözlərinə görə gün ərzində şəhərin enerji ilə təchizatı tam bərpa olunacaq.

Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini:Görülən tədbirlər nəticəsində səhər saatlarından Gəncə şəhərinin işıqla təchizatına başlanılıb. Hal-hazırda şəhərdə abonentlərin 40 faizdan çox hissəsi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İşlər davam etdirilir. Axşam saatlarınadək Gəncə şəhəri tam və fasiləsiz elektrik enerjisi ilə bərpa olunacaq.