• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 03.07.2018 14:42

İran vətəndaşlarından narkotik götürülüb

KepezTV Player

Gömrükçülər İran vətəndaşlarında narkotik vasitələr aşkarlayıblar. Əməliyyat Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında keçirilib. "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İslam Respublikası vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb. Həmin şəxslərdən birinin daxili orqanında - düz bağırsağında 5 ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib.Faktla bağlı araşdırma aparılır.