• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 03.07.2018 14:41

Avtomobil bir neçə dəfə çevrilib aşdı, sürücü yaralandı

Şəkinin Baş Kəldək kəndində də yol qəzası olub. Baş Kəldək kənd sakini 18 yaşlı Yusif Pirməmmədovun idarə etdiyi vaz 2106 markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib. Nəticədə sürücü xəsarət alıb. Hadisə yerinə dərhal TTYS-nin briqadası yollanıb. İlk yardım göstərildikdən sonra Yusif Pirməmmədov Şəki RMX-yə çatdırılıb.Faktla bağlı Şəki DYPB-də araşdırma aparılır.