• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 02.07.2018 21:52

Narkotacirlər ələ keçdi

KepezTV Player

DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 20 yaşlı İbrahim Əhmədov 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 31 yaşlı Aynur Abdullayeva saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş Corat qəsəbə sakini 52 yaşlı Xalidə Ağayeva saxlanılıb.Cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.