• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 02.07.2018 14:16

Qadın ərini bıçaqladı

KepezTV Player

Daha bir qanlı olay paytaxtın Binə qəsəbəsində olub. Bu dəfə qadın həyat yoldaşını bıçaqlayıb. Qəsəbə sakini 28 yaşlı  Elçin Zeynalov qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Xəzər polisinin apardığı araşdırmalar zamanı məlum olub ki, Elçin Zeynalovu ailə daxili münaqişə zamanı həyat yoldaşı bıçaqlayıb. O, polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.