• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 02.07.2018 14:15

Sürücü öldü, sərnişin yaralandı

KepezTV Player

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Qəbələ-İsmayıllı yolunda olub. Göyçay rayon sakini, 28 yaşlı Səlim Hacıyev "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Sürücü Səlim Hacıyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sərnişin, Göyçay sakini 17 yaşlı Ağaəli Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.