Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində olub. Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 yaşlı Nuray Məmmədova hadisə yerində ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılar 41 yaşlı Cavid Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Aidə Kərimova və qayınanası 57 yaşlı Dizbəz Kərimovadır. Ölən azyaşlı yaralı Cavid Məmmədovun övladıdır. Onun digər övladı olan azyaşlı uşaq və qaynı olan sürücü isə qəzadan xəsarətsiz ötüşüblər. İlkin məlumata görə, qəzaya avtomovolinin şininin partlaması səbəb olub.
Zaqatalada 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Balakən rayonu Gərəkli kənd sakini 32 yaşlı Teymur Xipiyev “Mersedes” markalı minik avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonunun ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Teymur Xipiyev, onun sərnişinləri Balakən rayon sakinləri 41 yaşlı Novruz Əlirzayev, 33 yaşlı Sərxan Mirzəyev və 47 yaşlı İlyas Şirinov alıdıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Binəqədi rayonu 1-ci mədən adlanan ərazidə 49 yaşlı Vilayət Əliyevi yolu keçən zaman Kamaz markalı su maşını vurub. Sürücü dərhal ağır xəsarətlər alan piyadaya ilk yardım göstərib. Daha sonra yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər ona tibbi yardım göstəriblər. Qəzanı törədən sürücü isə polis tərəfindən saxlanılıb.
Daha bir qəza Bakı-Qazax magistralının 391-ci klometrliyində Şəmkirin Çinarlı qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Gəncə sakini Anar Verdiyev idarə etidyi “ Toyota Corolla” markalı avtomobillə Şəmkirdən Gəncə istiqamətinə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili aşırıb. Maşın yuvarlanaraq yolun hərəkət hissəsindən bir neçə metr aralıda dərəyə düşüb. Sürücü qəzadan yüngül xəsarətlərlə xilas ola bilib. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımında qəzanın səbəbləri araşdırılır.
- Baxış: 965