• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 02.07.2018 14:13

Şəmkirdə göldə 4 nəfər boğulub

KepezTV Player

Ölənlər Göygöl və Daşkəsən rayon sakinləri Adil Tağıyev, onun həyat yoldaşı Məhəbbət Əhmədova, 31 yaşlı Asif Qaibov və onun həyat yoldaşı 30 yaşlı Zeynəb Əliyevadır. Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri də batan şəxsə kömək etmək istəyərkən batıb. Həmin şəxslərin ərazidə çobanlıqla məşğul olduqları deyilir. Boğulanlardan Asif Qayıbov, Abil Tağıyev və Məhəbbət Məmmədovanın axtarışları başa çatıb. Onların cəsədləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Zeynəb Əliyevanın cəsədi isə dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.