• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 30.06.2018 14:22

6 ayda Gəncədə ağır qəzaların 60%-i piyadaların qaydanı pozması ilə bağlıdır

KepezTV Player

Bu ilin 6 ayı ərzində Gəncədə baş verən ağır yol nəqliyyat hadisələrinin 60%-i piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozaması ilə bağlıdır. Şəhər Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının avtomobillərin və piyadaların intensiv hərəkət etdiyi küçə və prospektlərdə piyadalara qarşı keçirdiyi reydlər göstəricinin aşağı düşməsini hədəfləyir. Polis əməkdaşları piyadaları yolu keçərəkən piyada zolağından, yeraltı və yerüstü keçirdlərdən istifadə etməyə çağırıb. Qaydalara əməl etməyənlər qanunun tələblərinə uyğun məsuliyyətə cəlb olunurlar.

Vasif Rüstəmov Gəncə Şəhər DYP Şöbəsinin inspektoru:Baş verən yol nəqliyyat hadisələrini təhlilləri tərəfimizdən aparılıb. Məlum olub ki, hadisələr zamanı piyadavurma halları çoxluq təşkil edir. Yol hərəkəti qaydalarını pozan piyadalar barəsində qanunuvericilikdə nəzərdə tutlduğu 20 manat cərimə tətbiq olunacaqdır.