• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 30.06.2018 13:09

İran Dövlət Milli Orkestri Gəncədə konsert verib

KepezTV Player

Orkestr Gəncə Dövlət Filarmoniyasının səhnəsində çıxış edib. İranın Mədəniyyət və İslami İrşad naziri Seyid Abbas Salehinin də izlədiyi konsert proqramı mədəniyyət və incəsənət nümayəndələrinin maraqlı çıxışları ilə yadda qalıb. İran bəstəkarlarının mahnıları alqışlarla qarşılanıb.

Seyid Abbas Salehiİranın mədəniyyət və islami irşad naziri:“Son illər ərzində iki ölkə arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Xüsusi ilə də mədəniyyət və incəsənət sahəsində əlaqələrimiz inkişaf edir. Keçən il Azərbaycan Respublikasının İrandan mədəniyyət həftəsi keçirildi. Bu il Təbriz şəhəri İslam dünyasının turizm paytaxtı eləcədə Naxçıvan İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu tədbirlərin özü də mədəniyyət və insənət sahəsində əlaqələrimizin bir daha genişləndirilməsi üçün yaxşı fürsətdir. Biz iki ölkə arasında mədəni əlaqələrdə yüksək prespektivlər görürük”.

Cavad Cahangirzadəİranın Azərbaycandakı səfiri:“Gəncə bizə çox əhəmiyyətli bir şəhərdir. Gəncənin regiona, İran xalqına böyük adı və böyük rolu var. Bu regionun mədəniyyətinin inkişafında bir nümunə Nizami Gəncəvidir. Gəncə bütün gözəllikdir”.