• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 29.06.2018 15:04

İranın Mədəniyyət və İslami İrşad naziri Seyid Abbas Salehi Gəncədədir

KepezTV Player

Azərbaycanda keçirilən İran mədəniyyəti günləri çərçivəsində baş tutan səfərdə naziri İranın mədəniyyəd və incəsənət nümayəndələri müşayət edib. Gəncə şəhər icra hakimiyyətində baş tutan görüşdə qonaqlar Nizami yurdunda olmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. İran və Azərbaycan arasındakı tarixi mədəni əlaqələrdən söz açılıb, mövcud əlaqələrin ən yüksək səviyyədə olduğuna diqqət çəkilib. Gələn il İranda Gəncə günlərinin keçiriləcəyi də vurğulanıb. Səfər çərçivəsində qonaqlar Nizami məqbərəsini  və İmamzadə Dini Kompleksini ziyarət ediblər.

Seyid Abbas Salehi - İranın Mədəniyyət və İslami İrşad naziri: Gəncədə səfərdə olamğı çox istiyirdim.  Gəncə şəhəri bizim üçün çox tarixi bağlılığı olan, böyük ehtirama malik olan bir şəhərdir. Bu şəhəri dahilər şəhəri adlandırsaq daha doğru olar.  Bunlar o şəxslərdir ki, həyat fəlsəfəsini, həyat hikmətini  şer şəkilində insanlara çatdırıblar. Bir daha burada olduğumdan məmnunluğumu bildirirəm.