Bu günə xəbərlərin oxunma sayı: 1158
— 29.06.2018 14:43

Gəncə Dövlət Universitetində mediatur təşkil olunub

KepezTV Player

Gəncə Dövlət Universitetində 2017-2018-ci tədris ilinin yaz sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin eyni vaxtda biliyinin yoxlandığı yazılı imtahan prosesini izləyiblər. Ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, şifahi formada, test üsulu və qabiliyyət üzrə olmaqla iyulun 5-də yekunlaşacaq. İmtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmə üçün Operativ Qərargah fəaliyyət göstərir. Bu il ilk dəfə olaraq həm semestr ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi fəaliyyət göstərir.