• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 29.06.2018 14:12

Gəncədə Nuru Paşanın büstünün açılışı olub

KepezTV Player

Maraqlı və keşməkeşli hərbçi ömrü yaşayan Nuru paşanın Azərbaycanla bağlı böyük xidmətləri yüksək dəyərləndirilərək Gəncədə Nuru Paşanın büstünün açılışı olub. Türkiyənin Gəncədəki Baş Konsulluğunda təşkil edilən mərasimdə Nuru paşanın bir hərbçi kimi Azərbaycanda böyük uğur əldə etdiyi, onun burada qazandığı qələbələrin təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixinə yazıldığına diqqət çəkilib. Şeyxzamanlılar nəslinə məxsus olan evin Nuru paşa Gəncədə olduğu müddətdə qərargah kimi istifadə edildiyi vurğulanıb. Mərasimdə "Qafqaz İslam Ordusu"nun fəaliyyətinə dair fotoşəkillərdən ibarət sərgi təşkil edilib, “İki cümhuriyyətin əsgərləri” sənədli filminin nümayişi olub.