• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 29.06.2018 13:39

4 kq-a yaxın çətənə aşkar edildi

KepezTV Player

Masallının Ərkivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin yaşadığı evin həyətinə keçirilən baxış zamanı 24 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 4 kiloqrama yaxın çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarının ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirib.Faktla əlaqədar Masallı RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirir.