• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1485
— 29.06.2018 12:53

İki nəfər külli miqdarda narkotiklə tutulub, 1 nəfər qaçıb

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan digər 1 nəfər şəxs qaçmağa müvəffəq olub. Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini, 29 yaşlı Heydər Əkbərov və Cəlilabad rayon Göytəpə qəsəbə sakini, 30 yaşlı Babək Həsənov olmaları müəyyən edilib. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.