• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 29.06.2018 12:56

Yük maşını KİA-ya çırpıldı

KepezTV Player

Bakının Binəqədi rayonunda da qəza baş verib. Ziya Bünyadov prospektində Koroğlu metrosu istiqamətində hərəkətdə olan KİA markalı avtomobilin qarşısına qəflətən minik maşını çıxıb. KİA-nın sürücüsü dərhal avtomobili dayandırıb. Bu zaman arxadan sürətlə gələn Kamaz Kia-ya çırpılıb. Qəza zamanı KIA-nın sürücüsü yüngül xəsarət alıb. Sürücüyə hadisə şahidləri yardım göstəriblər. Yol polisinin yoxlamaları zamanı məlum olub ki, Kamazı idarə edən şəxsin müfaviq sürücülük vəsiqəsi yoxdur. Hər iki sürücünün izahatı alınıb. Kamazın sürücüsü barədə isə inzibati protokol tərtib olunub.