• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 29.06.2018 12:42

İti vuran maşın ağaca çırpıldı, ölən var

KepezTV Player

Göyçay-Ucar avtomobil yolunda qəza olub. Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itməsi səbəbindən ağaca çırpılıb. Hadisə zamanı sürücü, rayonun Ləkçiplaq kənd sakini, 20 yaşlı Sabir Seyidov, sərnişinləri - 20 yaşlı Rüstəm Həmidov və Əfsər Rəhimov ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Rüstəm Həmidov dünyasını dəyişib, digər xəsarət alanların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.