• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 29.06.2018 11:02

Skoda tələbələri Karoq modelini damsız qoydular

Skoda texniki məktəbinin bir qrup tələbələri Karoq modeli bazasında kross-kabriolet hazırlayıblar. Yolsuzluq avtomobili nəinki damından məhrum olub, hətta yeni interyer əldə edib. Damın olmamasına baxmayaraq, avtomobil arxa qapıları və arxa oturacaqları qoruyub saxlayıb. Kabrioletin ön bamperinə yolda yazılar göstərən iki proektor quraşdırılıb. Cəmi bir ədəd olan prototipin heç vaxt kütləvi istehsal olunmayacağı da deyilir. Bu, sadəcə tələbələrin yeni bacarıqlarının nümayişidir. Üstü açıq “Karoq”un dinamik xarakteristikası açıqlanmır. Amma adi krossover haqqında danışmaq olar. O, 1,5 litrlik 150 at güclü motorla ilk 100 km/saat sürəti 8,4 saniyəyə yığır. Maksimal sürətsə 204 km/saatla məhdudlaşır.