• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 29.06.2018 11:01

Photoshop edilmiş şəkilləri süni zəka analiz edəcək

Artıq texnologiya elə bir nöqtəyə gəlib ki, Adobe kimi proqramlarla şəkilləri manipulyasiya edərək reallığa yaxın bənzədə bilirik. Bunların ən başında Photoshop proqramı gəlir. Belə ki, Adobe verdiyi qərar ilə artıq photoshop edilmiş şəkillərlə real şəkillər arasındakı fərqi tapmaq üçün hazırlanan proqramlara dəstək verəcək. Adobe şirkətinin analitiki Vlad Morariu dövlət dəstəkli Darpa Media Forensics proqramına qatılaraq görüntü ayırd etmə çətinliyi üzrə yeni araşdırmalara başlayıb.    

İlk olaraq bunun üçün süni zəka hazırlanmasıdır. Çünki görüntü və piksellər arasındakı fərqi ayırd etmək həm çox vaxt alır, həm də çətin olur. Artıq süni zəkaların bacarığlarını nəzərə alsaq, onların hesabına bu proses daha da sürətlənə bilər. İlk iddialara görə, süni zəka üzərində alqoritmik proqram hazırlanarsa, şəkilin harda və necə manipulyasiya edildiyi haqqında məlumatları tez bir zamanda əldə etmək mümkün ola bilər. Adobe şirkətinin rəsmiləri verdiyi açıqlamada ən böyük dəstəklərinin bu süni zəkanın hazırlanmasına yardım etməklərinin olduğunu bildirirlər.