• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 28.06.2018 23:44

Otla dolu yük maşını yandı, sürücü xəsarət aldı

KepezTV Player

Şəkinin Baş Göynük kəndi ərazisində yanğın hadisəsi baş verib. 43 yaşlı Eldar Həsənovun idarə etdiyi “QAZ 66” markalı yük maşını alışıb. Nəqliyyat vasitəsinin konstruksiyaları və içərisindəki 1200 ton otun 800 kq-ı yanaraq külə çevrilib. Hadisə barədə məlumatlanan Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları əraziyə gəliblər. Alov söndürülüb. Yanğın nəticəsində xəsarət alan sürücü Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əl və üzünün, boğazının, ayağının 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu qoyulan xəstə cərrahiyə şöbəsinə yerləşdirilib. Tibbi yardımdan sonra vəziyyəti orta-ağırdır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.